Dünya futbolunun ən məhşur yarımmüdafiəçilərindən biri olan Patrik Vieyra tarixi vətəninə qayıdıb. Fransalı əfsanə Seneqal milli komandasının (“Teranqa şirləri”) sükanı arxasına keçib.
Seneqal Futbol Federasiyası mütəxəssisin rəsmi təqdimat mərasiminin və müqavilənin detallarının tezliklə ictimayyətə açıqlanacağını bildirib. Vieyranın qarşısına qoyulan ilk və əsas tapşırıq sentyabr ayında başlayacaq seçmə mərhələ qarşılaşmalarında komandanı 2027-ci il Afrika Millətlər Kubokunun yekun mərhələsinə çıxarmaqdır.
Vieyra bu postda Pape Tiavu əvəzləyib. Vaxtilə Aliu Sissenin xələfi olan və Seneqala son Afrika çempionluğunu qazandıran Tiav, Dünya Çempionatında Belçikaya qarşı dramatik məğlubiyyətdən (2:3) sonra vəzifəsindən kənarlaşdırılmışdı.
Fransa yığması ilə 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olan Vieyra ötən ilin noyabrında İtaliyanın “Cenoa” klubundan ayrıldıqdan sonra işsiz idi. Mütəxəssis məşqçilik karyerasıda daha əvvəl “Nyu-York Siti”, “Nitsa”, “Kristal Pelas” və “Strasburq” kimi klubları çalışdırıb.
İyulun sonundan etibarən Seneqal millisinin baş məşqçisi postu uğrunda Patrik Vieyra ilə Erve Renar arasında ciddi rəqabət gedirdi. Yekunda federasiya rəhbərliyi seçimi Vieyranın xeyrinə edib.