Sumqayıtda baş tutan ölkə kubokunun ilk yarımfinal matçında qonaqlar daha üstün oyun sərgilədi. Rəşad Sadıqovun komandası rəqibi ilə müqayisədə daha praqmatik və taktiki cəhətdən daha samballı təsir bağışlayırdı. Bütün bunların fonunda “Zirə”nin sürətdə nominal meydan sahiblərini üstələməsi oyunun taleyi baxımından həlledici oldu. “Turan” müdafiəsinin ümumilikdə yaxşı təsir bağışlamaması qolun zaman məsələsi olduğuna işarə edirdi. Tovuzlular zaman-zaman arxada ciddi boşluqlar verirdi. Elə ilk yarının sonunda Anatoli Nuriyev xəsislik etməyib topu tək qalan komanda yoldaşına ötürsə idi hesab açılavaqdı. İkinci hissənin əvvəlində İssa Nuriyevə xəsisliyin komandanın zərərinə olduğunu sübut etdi və təkbaşına irəliləyərək topu Eren Aydının qarşısına atdı və Aydın isə topu ustalıqla uzaq küncə fırlatdı. Bundan sonra tribunalarda Tovuzun “vuvuzelası” zurnalar və nağaralar daha uca səslə komandanı fəallaşmağa səslədi. Lakin “Turan”ın bücum cəhdləri kəsərli olmadı. Meydan sahibləri hücumun təşkili və mütəşəkillik baxımından qonaqları təəccüblənditə bilmədi və oyunun sonunda zirəlilər məntiqi vedişə uyğun olaraq daha bir qol vurmaqla daktiki faktiki olaraq finalın qapılarını açdı.
Rəşad Sadıqov milli komandaların oyunu ilə bağlı yaranmış fasilədən sonra komandanı oyuna daha yaxşı hazırlamışdı və strateji oyunqurma məsələsində və taktikada Kurban Berdıyevi açıq-aşkar üstələdi.
Ölkə Kuboku, Yatımfinal, ilk oyun
“Turan” – “Zirə” 0:2
Eren Aydın, 55. L. Mikels, 89.