Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatında insident yaşanıb. Yarımfinal mərhələsinin ilk görüşündə Ayan Allahverdiyeva ilə Türkan Məmmədyarova arasındakı partiyanın nəticəsi yenidən nəzərdən keçirilib.
İlkin olaraq, Hakimlər Kollegiyası Allahverdiyevanın iki əsassız iddia irəli sürdüyünü əsas gətirərək qələbəni T. Məmmədyarovaya vermişdi. Lakin A. Allahverdiyeva qərardan narazı qalaraq çempionatın Apellyasiya Komitəsinə müraciət edib.
Videoçəkilişə baxıldıqdan sonra FİDE qaydalarına uyğun olaraq şahmatçının etirazı təmin edilib. Beləliklə, ilk partiyanın nəticəsi ləğv olunub və heç-heçə qeydə alınıb. Türkan Məmmədyarova da sözügedən qərarla razılaşıb.