“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yerli mətbuata müsahibəsində Çempionlar Liqasının son oyununda “Yunion Qillois”a məğlubiyyətin (0:1) səbəblərinə aydınlıq gətirməyə çalışıb: “Hər şeyi hakimin üstünə atmamalıyıq. Öz səhvlərimizi də etiraf etməli və bir çox problemləri nəzərə almalıyıq. Ehtiyat oyunçulardan heç birini meydana çıxara bilmədik. Jakobsun zədəsi bizə meydanda çətinlik yaratdı. Ehtiyat oyunçuların arasında sol cinah müdafiəçisi yox idi və yalnız bir sağ cinah oyunçusu vardı. Bunun həll yolu tapmağa çalışdıq. Rəqibimiz yaxşı müdafiə olunan bir komanda idi. Ancaq onlar yüksək müdafiə gücünü qoruyub saxladıqları vaxt, biz hücumda daha məhsuldar ola bilərdik”.