DÇ-2026-nın 1/8 final mərhələsində Braziliya yığmasının turnirlə vidalaşmasından sonra “sambaçılar”ın 34 yaşlı ulduzu Neymar milli karyerasını başa vurduğunu bəyan edib. Lakin hücumçunun bu qərarı ailəsində və futbol ictimaiyyətində fərqli qarşılanıb.
Futbolçunun atası Neymar-da-Silva müsahibəsində oğlunun milliyə qayıda biləcəyinə eyham vuraraq deyib: “Onun “selesao” ilə yolunu 100% bitirdiyini iddia edə bilmərəm. Bəlkə de gələcəkdə geri qayıtdı”.
Lakin 34 yaşlı hücumçu atasının bu fikrinə dərhal və kəskin cavab verərək nöqtəni qoyub: “Meydanda oynayan atam deyil, mənəm”.
Neymar eyni zamanda futbolla tamamilə vidalaşmaq fikrində olmadığını da vurğulayıb. Hazırda Braziliya “Santos”unda çıxış edən təcrübəli forvardın klubu ilə müqaviləsi ilin sonunadək nəzərdə tutulub. O, gələcək karyerası ilə bağlı yekun qərarını məhz müqavilə başa çatdıqdan sonra verəcək.
Milli komandası ilə uğursuzluqdan sonra ölkəsinə yollanan Neymar asudə vaxtını əsas hobbisi olan pokerə həsr edib. Rəsmi turnirlərdə tez-tez qüvvəsini sınayan ulduz futbolçu bu dəfə “BSOP Winter” turnirində iştirak edib.
Lakin onun poker masasındakı macərası uğursuzluqla nəticələnib. Latın Amerikasının en güclü poker oyunçularından sayılan kolumbiyalı peşəkar Sebastyan Fonseka Neymərı turnirdən kənarlaşdırıb. Təşkilatçıların qaydalarına əsasən, yalnız ilk 27 pillədə qərarlaşan iştirakçılara pul mükafatı (minimum 8 min dollar, çempiona isə 180 bin dollar) verilir. Futbolçu isə mükafatçılar sırasına düşə bilməyib.