Nevill “Qarabağ”ın rəqibini hədəf aldı: “Bu, yenidənqurma deyil!”

28.01.26 | 14:05
Dünya futbolu

“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill, Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ”ın sonuncu rəqibi olan “Liverpul”u “Bornmut”a məğlubiyyətdən (2:3) sonra kəskin tənqid edib. Ekspert öz podkastında (“The Gary Neville Podcast”) komandanın oyununu və rəhbərliyin bəhanələrini hədəfə alıb:

“Onlar müdafiədə olduqca zəif təsir bağışlayırdılar. Oyunu izləyərkən ağlıma gələn ilk fikir bu oldu: “Liverpul” həddindən artıq “yumşaq” görünür. Bəzi epizodlarda o qədər kövrək idilər ki, bu, onların döyüşkən ruhuna tamamilə ziddir. Komanda hücumda kəsərini itirib, müdafiədə isə boşluqlar verir. İndi onlara qarşı oynamaq rəqiblər üçün daha asandır və bu, ciddi siqnaldır. Əgər “Liverpul” özünü toparlamasa, ötən il çempionluqla qazandığı o qorxunc nüfuzunu itirəcək.

Mən onlara meydanda “ağlağan” deməzdim, amma kənardan baxanda elə hiss yaranır ki, sanki özlərini qurban kimi aparır, onlarla pis rəftar edildiyini düşünürlər. Əgər kollektiv daxilində belə bir ab-hava formalaşıbsa, təcili bundan qurtulmaq lazımdır.

Həftə ərzində klub rəsmilərindən və baş məşqçidən eşitdiyim “bu, keçid mövsümüdür” bəhanəsini qətiyyən qəbul etmirəm. Xeyr, unudun bunu, mən bu sözləri eşitmək belə istəmirəm. Yayda transferlərə 450 milyon funt-sterlinq xərcləyib ardıcıl ikinci çempionluğa oynayan komanda üçün bu, keçid dövrü ola bilməz. Gəlin tarixi və mövsümün əvvəlindəki iddiaları saxtalaşdırmayaq.

Ekitike, Virts, İsak, Frimponq, Kerkez… Bu transferlər keçid mövsümü üçün edilməyib. Bu, Salah, van Deyk, Alisson, Mak Allister və Konate kimi ulduzları olan, oturuşmuş çempion komandanı daha da gücləndirmək üçün atılan addımlar idi. Bu, qətiyyən yenidənqurma prosesi deyil”.

Paylaş:

Xəbər Lenti

Avropanın “məğlubedilməz” üçlüyü: “Fənərbaxça”, “Benfika” və “Slavia”

13.02.26 | 23:31

UEFA-nın yeni hesabatında millimizin payi

13.02.26 | 23:48

İFA-da Tuxel gərginliyi: Yeni müqavilə narazılıq yaratdı

13.02.26 | 23:28

Eddi Haudan iddialı açıqlama: “Hər oyunda qələbə üçün meydana çıxırıq”

13.02.26 | 23:32

“Bayquşlar” heyəti yeniləyir

13.02.26 | 23:55

20-ci turun oyun proqramı və təyinatlar

13.02.26 | 23:23

Güləşçilərimiz yarımfinalda uduzdu

13.02.26 | 23:59

Çempionatda gözlənilməz vida: Dünya çempionu mübarizəni dayandırdı

13.02.26 | 23:57

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03