Mərakeş millisinin və “Raca Kasablanka”nın oyunçusu Sabir Buqrinin yenidən Premyer Liqada çıxış etməsi gündəmə gəlib. 29 yaşlı yarımmüdafiəçi ilə “Qarabağ” yaxından maraqlanır.
Məlumata görə, “köhlən atlar” təcrübəli futbolçunu bu qış və ya növbəti yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Hazırda Buqrinin Mərakeş təmsilçisi ilə 2026/27 mövsümünün sonuna qədər qüvvədə olan müqaviləsi var.
Xatırladaq ki, 2020-2021-ci illərdə “Neftçi”nin formasını geyinmiş Buqrin hələ üç il əvvəl də “Qarabağ”a keçməyə yaxın olsa da, həmin vaxt tərəflər arasında razılıq əldə olunmamışdı.