“Neftçi”də yeni braziliyalı: Breno Almeyda Bakıdadır

08.02.26 | 18:12
Ölkə futbolu

“Neftçi” qış transfer pəncərəsində növbəti addımını atmağa hazırlaşır. Kiprin “Etnikos” klubunun braziliyalı vingeri Breno Almeyda “ağ-qaralar”la rəsmi müqavilə imzalamaq üçün artıq Bakıya gəlib.

Paytaxt klubunun bazasında olan və yaradılan şəraitlə yaxından tanış olan 27 yaşlı futbolçunun gördüklərindən məmnun qaldığı bildirilir. Almeyda tibbi müayinədən uğurla keçəcəyi təqdirdə, onunla 1,5+1 illik müqavilə imzalanacaq.

Kipr mətbuatında transfer dəyərinin 100 min avro olması barədə gəzən şayiələrə baxmayaraq, “Neftçi”nin bu keçid üçün daha böyük kompensasiya ödəyəcəyi gözlənilir. Buna səbəb futbolçunun “Etnikos”la müqaviləsinin 2026-cı ilin yayınadək qüvvədə olmasıdır.

Almeydanın transferi “Neftçi”nin hücum xəttinə çoxşaxəlilik vəd edir:

Universallıq: Əsasən sol cinah vingeri olsa da, sağ cinahda və “10 nömrə” mövqeyində də eyni effektivliklə çıxış edir.

Sürət və Driblinq: Kipr çempionatındakı çıxışı ilə yadda qalan futbolçu, xüsusilə əks-hücumlardakı sürəti və fərdi reydləri ilə tanınır.

Adaptasiya qabiliyyəti: Braziliyanın “Fiqeyrense” və “Sampaio Korrea” klublarından sonra Səudiyyə Ərəbistanı (“Ciddə”) və Maltada (“Valletta”) legioner həyatı yaşaması, onun fərqli iqlim və futbol mədəniyyətlərinə tez uyğunlaşdığının göstəricisidir.

Cari mövsümdə cinah hücumlarında dinamika və kreativlik baxımından axsayalılar yaşayan “Neftçi” üçün Almeyda əsl tapıntı ola bilər. Onun cərimə meydançasına kəskin daxilolmaları və həm qol vuran, həm də keyfiyyətləri ötürmələri ilə rəqib müdafiəçilər üçün ciddi təhlükə yarada bilər.

Paylaş:

Xəbər Lenti

Ölkə Kunoku: “Turan” – “Zirə” – YENİLƏNİR

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00