FIBA Avropa Kubokunda çıxış “Neftçi” səfərdə Estoniya “Kalev”i ilə qarşılaşıb. Tallindəki “Kalevi Spordihall”da keçirilən görüşdə “ağ-qaralar” meydandan məğlub ayrılıb. Matç ev sahiblərinin qələbəsiylə başa çatıb – 88:82.
I qrupunda mübarizə aparan digər təmsilçimiz “Abşeron Lions”də səfərindən əliboş dönüb. Belə ki, abşeronlular Polşa “Trefl”inə uduzublar – 78:98. Sopotdakı “Sentennial Sport Hall”da“ baş tutan görüş polşalıların aşkar üstünlüyü ilə keçib. “Aslanlar” yalnız 3-cü hissədə rəqibindən üstün ola biliblər (21:20).
Xatırladaq ki, növbəti mərhələyə qrup qalibləri ilə yanaşı, ikinci yerin sahiblərində ən yaxşı nəticəyə malik olan altı komandada vəsiqə qazanacaq.
