Hər iki komanda qeyri-sabit oyunu ilə bu tura yaxınlaşmışdı. “Neftçi” üçün matçın ikiqat əhəmiyyəti vardı. “Qarabağ”a məğlubiyyətdən sonra qeyri-etik davranışına görə cəza alan baş məqşçi Samir Abasov üçün bu oyun son sınaq ola bilərdi. “İmişli” ilə oyunda büdrəmə hələ ki, daha çox futboldan kənar əməlləri ilə diqqət çəkən məşqçiyə baha başa gələ bilərdi.
İlk yarı “Neftçi”nin üstünlüyü ilə keçsə də, rəqiblər hərəyə bir qol vurdu. İkinci hissə də oxşar oldu. Meydan sahibləri təzyiqi qola çevirdikdən az sonra müdafiədə kobud səhvə yol verdilər və imişlililər hesabı bərabərləşdirdi. Oyunun sonuna yaxın bakılılar yenə müdafiədə səhvə yol verdilər. Sol cinahdan Luis Silvestrin ötürməsini Banquera bir toxunuşla tora göndərdi.
Premyer Liqa, 12-ci tur
“Neftçi” – “İmişli” 2:3
Qollar: V. Abubakar, 11-p. (1:0). E. Morqan, 13 (1:1). E. Mahmudov, 60 (2:1). D. Rollo, 64 (2:2). E. Banquera, 85 (2:3).