Birləşmiş Ərəb Əmirliklərində qış hazırlıq prosesini davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb. “Ağ-qaralar” Qazaxıstanın Çempionlar Liqasının əsas mərhələsinin iştirakçısı olan “Kayrat” klubu ilə qarşılaşıb. Bakılılar rəqibin qapısından 3 cavabsız top keçirərək böyük hesablı qələbə qazanıb.
Neftçi – Kayrat 3:0 (0:0)
Qollar: Ağadadaş Salyanski, 67 (1:0), Vensan Abubakar, 89 (2:0), Murad Məmmədov, 90+2 (3:0).
Yuri Vernidubun yetirmələri növbəti oyununu yanvarın 13-də Misirin “Piriamids” klubuna qarşı keçirəcək.