FIBA Avropa kubokunun əsas mərhələsində mübarizə aparan “Neftçi” basketbolçuları evdə Estoniyanın “Kalev/Kramo” klubu ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüşdə bakılılar 95:84 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, “ağ-qaralar” ilk oyunda səfərdə Polşa “Trefl”inə 63:92 hesabı ilə məğlub olmuşdu.
Növbəti oyunda “Neftçi”nin rəqibi Türkiyə “Bursaspor” olacaq.