Çempionlar Liqasının əsas mərhələsinin 4-c turunda 9 oyun keçirilib. Turun iki supermatçı diqqət çəkib. “Liverpul” öz meydanında Madrid “Real”ı üzərində minimal hesablı qələbə qazandı. Oyunda yeganə qolu argentinalı dünya çempionu Mak Allister vurdu. Digər mərkəzi oyunda isə PSJ cütlüyün favoriti sayılsa da, “Bavariya” təcrübənin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərdi. Münhenlilər səfərdə qələbə qazanmaqla bu mövsüm bütün turnirlərdə qələbə seriyasını davam etdirdi. “Qarabağ”ı qarşıdakı turlarda gözləyən iki rəqibi – “Napoli” və “Ayntraxt” qolsuz heç-heçə oynayıb.
Napoli – Ayntraxt 0:0
Slaviya – Arsenal 0:3
Saka, 32-p. Merino, 46; 68.
Atletiko – Yunion 3:1
X. Alvares, 39. Qallaxer, 73. M. Lorente, 90+6 – Saykes, 80.
Bude Qlimt – Monako 0:1
Baloqun, 43.
Liverpul – Real Madrid 1:0
Mak Allister, 61.
Olimpiakos – PSV 1:1
X. Martins, 17 – Pepi, 90+3.
PSJ – Bavariya 1:2
J. Neveş, 74 – L. Dias, 4; 32.
Tottenhem – Kopenhagen 4:0
B. Conson, 19. Odobert, 51. Van der Ven, 64. Palinya, 67.
Yuventus – Sportinq 1:1
Vlahoviç, 34 – Arauxo, 12.