“Samsunspor”un futbolçusu Entoni Musabanın icarəyə götürdüyü avtomobilin mühərrik bölməsində yanğın baş verib və tez bir zamanda külə dönüb. Futbolçu və ailəsi maşını zərər çəkmədən tərk edə biliblər. Yanğın Ankara bulvarında baş verib. Hadisənin səbəbi hələ müəyyən edilməyib və bununla bağlı araşdırma başlanıb.