Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50
Dünya futbolu

DÇ-nin debüt matçında İspaniyadan xal qopararaq (0:0) sensasiyaya imza atan Kabo Verde, bu dəfə meydandan kənar, unudulmaz bir insanlıq hekayəsi ilə gündəmə gəlib. Qarşılaşmanın qəhrəmanlarından olan 40 yaşlı qapıçı Vozinyanın oyunsonrası göz yaşları amerikalıları hərəkətə gətirib.

Matçdan sonra emosiyalarını saxlaya bilməyən təcrübəli qolkiper, göz yaşlarının səbəbini belə izah etmişdi: “Məni böyüdən nənəm və babam artıq həyatda deyillər. Anam isə viza problemi ucbatından bura gələ bilmədi. Tələb olunan rüsumu vaxtında ödəyə bilmədiyimiz üçün viza ala bimədik. Ağlamağımın səbəbi budur”.

Vozinyanın bu kövrək açıqlaması ABŞ rəsmilərinin diqqətindən yayınmayıb. ABŞ Dövlət Departamenti dərhal hərəkətə keçərək problemə müdaxilə edib. Tramp administrasiyasının miqrasiya siyasətinə əsasən, Kabo-Verde vətəndaşları ABŞ-yə gəlmək üçün 15 000 dollara qədər viza depoziti ödəməlidirlər. Lakin bu xüsusi hal üçün istisna edilib.

Demokratlar Partiyasının nümayəndəsi Hakim Ceffris “X” platformasında verdiyi açıqlamada xoş xəbəri paylaşıb: “Kabo Verde millisinin ulduz qapıçısı Vozinya və anası bu bazar günü Mayamidə keçiriləcək matçda bir araya gələcəklər. Bu işdə əməyi keçən Dövlət katibi Rubioya, Dövlət Departamentinin rəsmilərinə, Kabo Verde hökumətinə və FİFA-ya əməkdaşlığa görə təşəkkür edirik”.

Artıq dünya çempionatının tarixinə düşməyi bacaran Kabo-Verde yığması qrupda növbəti oyunlarını iyunun 22-də Uruqvaya, iyunun 27-də isə Səudiyyə Ərəbistanına qarşı keçirəcək. Vozinyanın anası isə artıq növbəti qarşılaşmada oğlunu tribunalardan dəstəkləyə biləcək.

Paylaş:

Xəbər Lenti

Kevin Medina “Qarabağ”la vidalaşdı: “Bu klub bir tarixdir!”

18.06.26 | 14:16

“Səbail”də Adil Şükürov dönəmi başa çatdı

18.06.26 | 13:29

DÇ-2026: Ulduzların qollarındakı xüsusi rəmzlər və mənası

18.06.26 | 13:28

DÇ-2026-da “su fasiləsi” qalmaqalı: Azarkeşlər qəzəbli, məşqçilər məmnun

18.06.26 | 13:39

Ronaldunun kabusu davam edir: Həm qol vura bilmədi, həm də rəqibindən “yaş” zərbəsi aldı!

18.06.26 | 13:25

Özbəkistan debüt oyununda uduzdu

18.06.26 | 07:07

Qana gözlənilən 3 xalı son dəqiqələrdə qazandı

18.06.26 | 07:40

Keyn tarix yazdı, İngiltərə qələbə ilə başladı

18.06.26 | 07:39

Mundialın qəhrəmanı anasına qovuşur

18.06.26 | 07:50

Messinin göz yaşlarının səbəbi idman deyil, ailə dramıdır

17.06.26 | 23:01

DÇ-də şok ittiham: Vahini polis tərəfindən saxlanılıb

17.06.26 | 22:58

Mbappe və Kamavinqanın məsləhəti işə yaradı: Olise “Real”a “hə” dedi

17.06.26 | 22:28

Ronaldo üçün tarixi oyunda Portuqaliya xal itirdi

17.06.26 | 21:48

“Qarabağ”dan 4-cü transfer: Bruno Lanqa rəsmən Ağdam klubunda

17.06.26 | 21:21

Sadıqov: “Sonda mərhələ keçən tərəf olmaq istəyirik”

17.06.26 | 18:37

Ağdamlılar Medina ilə vidalaşdı

17.06.26 | 16:20

Konfrans Liqasında püşk atıldı: Təmsilçilərimizin potensial rəqibləri bəlli oldu

17.06.26 | 16:18

Millimiz Ulan-Bator “Böyük Dəbilqə”sinə tam heyətlə yollanır

17.06.26 | 16:05

Messi və Mbappe zirvə uğrunda amansız mübarizədə!

17.06.26 | 16:54

“Qarabağ”dan milyonluq transfer: Fabrisio Romano və MARCA təsdiqlədi          

17.06.26 | 16:48