Əbu-Dabidə təşkil olunan gənclər arasında muay-tay üzrə dünya çempionatından yaxşı xəbər var. Burada Azərbaycan idmançıları gümüş və bürünc medallar qazanıb. Elmir Talıbov və Ömər Mehrəliyev turnirdə ikinci, Ramal Səmədzadə isə üçüncü olaraq ölkəmizə üç medal qazandırıblar.