Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36
Dünya futbolu

Portuqaliya və İspaniya mətbuatının məlumatına görə, Joze Mourinyo “Real”ın yeni baş məşqçisi təyin edilib. Alvaro Arbeloanı əvəzləyən portuqaliyalı mütəxəssis bu gün axşam Madridə gələrək, çərşənbə günü səhər Valdebebasda ilk məşqinə çıxacaq. Komandanın məşqçilər korpusuna sabiq müdafiəçi Pepenin də daxil olacağı gözlənilir.

Mourinyonun “Real”a dönüşü bir neçə həftədir müzakirə olunsa da, rəsmiləşməsi bazar günü keçirilən prezident seçkilərində Florentino Peresin qələbəsindən asılı idi. Madridlilər bu transfer üçün “Benfika”ya 15 milyon avro təzminat ödəyəcək. Xatırladaq ki, 2025-ci ilin sentyabrından Lissabon təmsilçisini çalışdıran Mourinyo bu mövsüm klubla heç bir titul qazana bilməyib.

Mütəxəssislər Mourinyonun gəlişi ətrafındakı mətbuat hay-küyünü “sabun operası” adlandıraraq, onun “Real”dakı perspektivlərinə ehtiyatla yanaşırlar. Analitiklər həm Mourinyonun, həm də ötən mövsüm La Liqada “Barselona”dan geri qalan “Real”ın mövsümü əliboş başa vurmasını xatırladaraq, komanda üçün gözləntilərin şişirdildiyini vurğulayırlar.

Xatırladaq ki, Joze Mourinyo “Real”a yad sima deyil. 2010-2013-cü illərdə də “Kral klubu”nu çalışdıran portuqaliyalı mütəxəssis həmin dönəmdə İspaniya çempionluğu, Kral Kuboku və Superkuboku qazanmağa müvəffəq olmuşdu.

Paylaş:

Xəbər Lenti

Mundialın “itirilmiş” ulduzları: Siyahının zirvəsində kim dayanır?

10.06.26 | 14:04

“Şəfa”müdafiə xəttini gücləndirir

10.06.26 | 14:15

“Qəbələ” Adriel Ba Lua ilə yollarını ayırdı

10.06.26 | 13:17

Mourinyonun “Real”a dönüşü: “Sabun operası” yoxsa böyük qələbə?

10.06.26 | 13:36

DÇ ərəfəsində gərginlik: Etirazçılar «Azteka» stadionuna gedən yolu bağlayıblar

10.06.26 | 13:34

«Turan-Tovuz» yay transfer pəncərəsinin ilk imzasını atıb

10.06.26 | 13:36

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52