Bu gün futbol üzrə ölkəmizin yeniyetmələrdən ibarət yığma komandası (U-18) Belarusda keçirilən beynəlxalq “İnkişaf Turniri”ndə ilk oyununa çıxıb. Açılış matçında Rusiya seçməsi ilə qarşılaşan komandamız meydanı 1:7 hesablı ağır məğlubiyyətlə tərk edib.
Turnir çərçivəsində millimizi qarşıda daha iki çətin sınaq gözləyir. U-18 komandamız fevralın 20-də Özbəkistan, ertəsi gün isə Belarusun müvafiq yaş qrupundan ibarət yığmaları ilə qüvvəsini sınayacaq.