Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11
Ölkə futbolu

AFFA-nın 2025-ci il üzrə maliyyə fəaliyyətinin yekunlarına dair rəsmi göstəricilər bəlli olub. Cari hesabat dövründə assosiasiyanın ümumi büdcə gəlirləri 61,4 milyon manatdan çoxdur.

Gəlirlər: Əsas donor yenə SOCAR-dır

AFFA-nın büdcəsinin formalaşmasında əsas yükü ənənəvi olaraq SOCAR üzərinə götürüb. Belə ki, ümumi məbləğin 31,3 milyon manatı Dövlət Neft Şirkətinin payına düşür (bunun 26 milyonu birbaşa maliyyə dəstəyi, 5,3 milyonu isə qrant müqaviləsidir).

Digər mühüm gəlir mənbələri aşağıdakı kimidir:

“AzərMaş” – 11 128 500 AZN

UEFA –6 435 438 AZN

Yayım hüquqları (milli komanda). 4 907 311 AZN

FİFA – 2 874 917 AZN

“Paşa Sığorta” və “Paşa Həyat” – Cəmi 2 848 000 AZN

Digər sponsorlar (Ensol, Carlsberg, Azərlotereya) – 691 750 AZN

Sair gəlirlər. 1 251 978 AZN

Xərclərlərin böyük hissəsi milli komandaların payına düşür

Assosiasiyanın illik xərcləri 49 110 811 manat olaraq qeydə alınıb. Xərclər strukturunda ən böyük rəqəm müxtəlif yaş qrupları üzrə yığma komandaların payına düşür.

Xərc istiqaməti                                                                   Məbləğ (AZN)

Milli komandalar (kişi, qadın, futzal, çimərlik)         27 881 267

Əməkhaqqı və ezamiyyət xərcləri                                8 128 465

Hakimlər və hakim-inspektorlar                                   4 040 035

Matçların təşkili və rəsmi qonaqların qəbulu          2 441 000

Aşağı yaş qrupları (U-10 – U-19) və Region Liqası    2 371 143

VAR sisteminin tətbiqi                                                      978 200

Federasiyalara və akademiyalara ayrılan vəsait

AFFA tərkibindəki üzv qurumların və akademiyaların saxlanılması üçün ümumilikdə 2 825 058 manat ayırıb. Bu bölmədə ən çox vəsait alan qurumlar bunlardır:

Azərbaycan Futzal Federasiyası: 1 631 458 AZN

Futbolun İnkişaf Fondu: 384 000 AZN

Regional Futbol Federasiyaları: 208 000 AZN

Uşaq-Gənclər Futbol Federasiyası: 180 000 AZN

Siyahıda həmçinin Çimərlik Futbolu, Əlillər Futbolu, Tələbə Futbol Federasiyaları və İsgəndər Cavadov adına Akademiya da yer alıb.

İnfrastruktur xərcləri: Stadionların saxlanılması

Assosiasiyanın balansında olan stadion və məşq bazalarının təmiri və saxlanılmasına 4 254 477 manat xərclənib. İnfrastruktur investisiyalarında aslan payı “Dalğa Arena”nın (1,73 mln AZN) üzərinə düşüb. Ağsu şəhər stadionu (833 min AZN) və “Binə” stadionu (791 min AZN) da siyahıda ön sıralardadır. Şamaxı şəhər stadionu və “ASKO Arena”nın saxlanılması üçün də müvafiq vəsaitlər yönləndirilib.

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21