AFFA-nın 2025-ci il üzrə maliyyə fəaliyyətinin yekunlarına dair rəsmi göstəricilər bəlli olub. Cari hesabat dövründə assosiasiyanın ümumi büdcə gəlirləri 61,4 milyon manatdan çoxdur.
Gəlirlər: Əsas donor yenə SOCAR-dır
AFFA-nın büdcəsinin formalaşmasında əsas yükü ənənəvi olaraq SOCAR üzərinə götürüb. Belə ki, ümumi məbləğin 31,3 milyon manatı Dövlət Neft Şirkətinin payına düşür (bunun 26 milyonu birbaşa maliyyə dəstəyi, 5,3 milyonu isə qrant müqaviləsidir).
Digər mühüm gəlir mənbələri aşağıdakı kimidir:
“AzərMaş” – 11 128 500 AZN
UEFA –6 435 438 AZN
Yayım hüquqları (milli komanda). 4 907 311 AZN
FİFA – 2 874 917 AZN
“Paşa Sığorta” və “Paşa Həyat” – Cəmi 2 848 000 AZN
Digər sponsorlar (Ensol, Carlsberg, Azərlotereya) – 691 750 AZN
Sair gəlirlər. 1 251 978 AZN
Xərclərlərin böyük hissəsi milli komandaların payına düşür
Assosiasiyanın illik xərcləri 49 110 811 manat olaraq qeydə alınıb. Xərclər strukturunda ən böyük rəqəm müxtəlif yaş qrupları üzrə yığma komandaların payına düşür.
Xərc istiqaməti Məbləğ (AZN)
Milli komandalar (kişi, qadın, futzal, çimərlik) 27 881 267
Əməkhaqqı və ezamiyyət xərcləri 8 128 465
Hakimlər və hakim-inspektorlar 4 040 035
Matçların təşkili və rəsmi qonaqların qəbulu 2 441 000
Aşağı yaş qrupları (U-10 – U-19) və Region Liqası 2 371 143
VAR sisteminin tətbiqi 978 200
Federasiyalara və akademiyalara ayrılan vəsait
AFFA tərkibindəki üzv qurumların və akademiyaların saxlanılması üçün ümumilikdə 2 825 058 manat ayırıb. Bu bölmədə ən çox vəsait alan qurumlar bunlardır:
Azərbaycan Futzal Federasiyası: 1 631 458 AZN
Futbolun İnkişaf Fondu: 384 000 AZN
Regional Futbol Federasiyaları: 208 000 AZN
Uşaq-Gənclər Futbol Federasiyası: 180 000 AZN
Siyahıda həmçinin Çimərlik Futbolu, Əlillər Futbolu, Tələbə Futbol Federasiyaları və İsgəndər Cavadov adına Akademiya da yer alıb.
İnfrastruktur xərcləri: Stadionların saxlanılması
Assosiasiyanın balansında olan stadion və məşq bazalarının təmiri və saxlanılmasına 4 254 477 manat xərclənib. İnfrastruktur investisiyalarında aslan payı “Dalğa Arena”nın (1,73 mln AZN) üzərinə düşüb. Ağsu şəhər stadionu (833 min AZN) və “Binə” stadionu (791 min AZN) da siyahıda ön sıralardadır. Şamaxı şəhər stadionu və “ASKO Arena”nın saxlanılması üçün də müvafiq vəsaitlər yönləndirilib.