Millimizin “cırtdanlar” arasındakı rəqibləri kimlər olacaq?

12.02.26 | 18:52
Ölkə futbolu

Bu gün futbol üzrə Millətlər Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək. Ötən mövsümdəki uğursuz çıxışdan sonra D divizionuna yuvarlanan millimizin də rəqibləri bəlli olacaq. Püşkatma öncəsi komandamız Litva, eləcə də Cəbəllütariq – Latviya və Malta – Lüksemburq pley-off cütlüklərinin qalibləri ilə birlikdə birinci səbətdə yer alıb. İkinci səbətdə isə Lixtenşteyn və Andorra qərarlaşıb. Prosedura əsasən, birinci səbətdəki 4 komanda iki qrupa bölünəcək, ikinci səbəbət iştirakçıları isə hər qrupa bir komanda olmaqla paylanacaq. Püşkatma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Liqalar üzrə səbətlər

A liqası

1-ci səbət: Portuqaliya, İspaniya, Fransa, Almaniya

2-ci səbət: İtaliya, Niderland, Danimarka, Xorvatiya

3-cü səbət: Serbiya, Belçika, İngiltərə, Norveç

4-cü səbət: Uels, Çexiya, Yunanıstan, Türkiyə

B liqası

1-ci səbət: Şotlandiya, Macarıstan, Polşa, İsrail

2-ci səbət: İsveçrə, Bosniya və Herseqovina, Avstriya, Ukrayna

3-cü səbət: Sloveniya, Gürcüstan, İrlandiya, Rumıniya

4-cü səbət: İsveç, Şimali Makedoniya, Şimali İrlandiya, Kosovo

C liqası

1-ci səbət: İslandiya, Albaniya, Monteneqro, Qazaxıstan

2-ci səbət: Finlandiya, Slovakiya, Bolqarıstan, Ermənistan

3-cü səbət: Belarus, Farer ad., Cənubi Kipr, Estoniya

4-cü səbət: Latviya/Cəbəllüttariq (cütün qalibi), Lüksemburq/Malta (cütün qalibi), Moldova, San Marino

D liqası

1-ci səbət: Azərbaycan, Litva

2-ci səbət: Latviya/Cəbəllüttariq (cütün məğlubu), Lüksemburq/Malta (cütün məğlubu), Lixtenşteyn, Andorra

Qrup mərhələsinin qarşılaşmaları 2026-cı ilin payız aylarında keçiriləcək:

1-ci tur: 24–26 sentyabr

2-ci tur: 27–30 sentyabr

3-cü tur: 1–3 oktyabr

4-cü tur: 4–6 oktyabr

5-ci tur: 12–14 noyabr

6-ci tur: 15–17 noyabr

Pley-off və Finallar:

Dörddəbir finallar və keçid oyunları: 25–30 mart 2027

Yarımfinallar və Final: 9–13 iyun 2027

Millətlər Liqasının 2026/27 mövsümü həm də EURO-2028-in seçmə mərhələsinin bir hissəsi olacaq. Turnirdə uğurlu çıxış edən komandalar əsas seçmə mərhələdə məqsədlərinə çatmasalar belə, Millətlər Liqası reytinqi vasitəsilə Avropa çempionatına vəsiqə qazanmaq üçün pley-offda oynamaq şansı qazanacaqlar.Yeri gəlmişkən, millimizin  D liqasında mübarizə aparması onun turnir cədvəlində irəliləməsi və EURO-2028-in pley-offuna vəsiqə qazanmaq şansını artırmaq üçün bir fürsət ola bilər.

Paylaş:

Xəbər Lenti

Ronaldunun futbola harda son deyəcək

13.02.26 | 16:57

Coni Montiel qalmağa qərar verdi

13.02.26 | 16:47

“Qarabağ”ın Avropa Liqasından əldə etdiyi qazanc açıqlandı

13.02.26 | 13:13

“Sabah”ın baş məşqçisi ilə məsləhətləşəcəyik” — Yankauskasdan rəqib şərhi

13.02.26 | 13:54

Lixtenşteynin baş məşqçisi: “Bizi motivasiyalı rəqiblərlə maraqlı oyunlar gözləyir”

13.02.26 | 13:04

“Bayquşlar”ın qapıçısı Superliqaya yollanır? 

13.02.26 | 12:06

Trampın “hədəfindəki” buzlar diyarında futbol ehtirası: Dünyanın ən qısa çempionatı

13.02.26 | 11:46

Şahmatda həyəcan artır: Kimlər 1/4 finala yüksəldi?

13.02.26 | 11:03

“Şerif”in sabiq ulduzu “Sumqayıt”da

13.02.26 | 11:20

AFFA-nın UEFA-dan aldığı illik gəlir açıqlandı: 11 milyon avro

13.02.26 | 11:42

“Qarabağ”dan təşəkkür

13.02.26 | 10:57

Neftçi” – “Qarabağ” matçı təxirə salındı

13.02.26 | 10:03

Şahruddin və digər borclar komandanı bitirdi

13.02.26 | 07:48

TV PROQRAM

13.02.26 | 00:29

İrlandiya İsrail boykotundan niyə vaz keçdi?

13.02.26 | 00:32

Arda Gülərdən sərt cavab: “Real” mənim ailəmdir”

13.02.26 | 00:09

Ayxan Abbasovun hədəfi bəllidir: “Məqsədimiz yenidən C divizionuna qayıtmaqdır”

13.02.26 | 00:34

UEFA Millətlər Liqası 2026/27: Qrup mərhələsinin püşkatma nəticələri

13.02.26 | 00:40

Juninyodan etiraf: “Meksikada özümü “Qarabağ”dakı kimi hiss edirəm”

12.02.26 | 18:46

Ulduz futbolçuya qarşı irqçilik: Mario Balotelli üsyan etdi

12.02.26 | 18:01