Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət milli komandası Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq inkişaf turnirində növbəti oyununa çıxıb.
Turnir çərçivəsində keçirilən ikinci matçda yığmamız Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamız ilk yarıda bərabərliyi (1:1) qoruya bilsədə də, ikinci hissədə rəqib üstünlüyü ələ keçirərək qələbə qazanıb.
Xatırladaq ki, seçməmiz turnirin açılış matçında Rusiya yığmasına böyük hesabla (1:7) uduzub. Ardıcıl iki məğlubiyyətlə üzləşən komandamızın növbəti sınağı ev sahibi ilə olacaq. Millimiz sabah turnirdəki sonuncu matçında Belarus yığması ilə üz-üzə gələcək.