Kişi basketbolçulardan ibarət millimiz AÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib. A qrupunda yer alan yığmamız səfərdə İrlandiya yığmasının qonağı olub.
Dublinin “Milli Basketbol Arenası”nda baş tutan gərgin qarşılaşma komandamızın minimal fərqli qələbəsi ilə yekunlaşıb – 75:76 (19:18, 16:23, 19:18, 21:17). Bu, millimizin seçmə mərhələdəki ilk qələbəsidir.
Komandamız növbəti görüşünü martın 2-si Bakıda Şimali Makedoniya seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, yığmamız bundan əvvəlki görüşlərdə Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) məğlub olmuşdu.