2026-cı il FİFA Dünya Çempionatının startına sayılı günlər qalmış, iştirakçı milli komandaların cari bazar dəyərləri rəsmi olaraq elan edilib. Təqdim olunan siyahı turnir öncəsi komandaların iqtisadi gücünü və heyət keyfiyyətini göstərən əsas göstəricilərdən biri hesab olunur.
Dünyanın ən bahalı heyətinə malik komandası 1,32 milyard avro ilə İngiltərə seçməsidir. Onu cüzi fərqlə Fransa (1,30 milyard €) və İspaniya (1,17 milyard €) izləyir. Braziliya, Portuqaliya və Almaniya kimi futbol nəhəngləri də ənənəvi olaraq yuxarı pillələrdə qərarlaşıblar.
Heyətində Arda Gülər, Hakan Çalhanoğlu və Kenan Yıldız kimi parlayan ulduzları cəmləşdirən Türkiyə millisi, 512,70 milyon avro dəyərlə siyahının 11-ci pilləsində qərarlaşıb. “Ay-ulduzlular” bir çox köklü futbol ölkələrini geridə qoyaraq, dünyanın ən dəyərli 15 komandası sırasına daxil olmağı bacarıb.
Ən dəyərli milli komandaların siyahısı
Sıra Komanda Heyət Dəyəri (€)
1 İngiltərə 1,32 milyard
2 Fransa 1,30 milyard
3 İspaniya 1,17 milyard
4 Braziliya 924 milyon
5 Portuqaliya 845,50 milyon
6 Almaniya 827 milyon
7 İtaliya 825 milyon
8 Niderland 797 milyon
9 Argentina 553 milyon
10 Norveç 516,90 milyon
11 Türkiyə 512,70 milyon
12 İsveç 476,48 milyon
13 Mərakeş 450,55 milyon
14 Belçika 450,20 milyon
15 Seneqal 429,90 milyon
Siyahıda Argentina, İtaliya və Belçika kimi favoritlərlə yanaşı, Afrika və Cənubi Amerikanın sürətlə inkişaf edən komandaları da yer alıb. Bu rəqəmlər DÇ-2026 pley-off mərhələsi öncəsi rəqabətin nə dərəcədə kəskin olacağından xəbər verir.