Milanda taktika savaşı, Norveçdə arktika tələsi: Çempionlar Liqasında həlledici gecə

20.01.26 | 07:55
Dünya futbolu

Bu gün Avropa futbolu özünün ən gərgin və həlledici dövrünə qədəm qoyur. UEFA Çempionlar Liqasının yeni formatında artıq səhv etmək limiti tükənib. 7-ci tur sadəcə növbəti oyun günü deyil, elit səkkizliyə birbaşa vəsiqə qazanmaq istəyən nəhənglər üçün əsl “ya tamam, ya davam” sınağıdır.

Gecənin mərkəzi qarşılaşmasının “Cüzeppe Meatsa” stadionunda keçiriləcək “İnter” – “Arsenal” dueli olacağını söyləsək, yanılmarıq. Bu matç sadəcə iki klubun deyil, iki fərqli futbol fəlsəfəsinin toqquşmasıdır. Bu dueldən qalib ayrılan tərəf ilk 8-likdəki yerini faktiki olaraq sığortalayacaq. Əsas sual isə budur: Mikel Arteta və onun “topçuları” Londonun komfort zonasından kənarda, İtaliya intizamına qarşı duruş gətirə biləcəkmi?

“Real” – “Monako” qarşılaşmasında madrililər favorit sayılsa da, “Knyazlıq klubu” bu mövsüm “nəhəng qatili” imicini qazanıb. “Monako”nun dinamik və qorxusuz gəncləri Madriddə tarixi bir sensasiyaya imza atmaq üçün pusquda durublar. “Kral klubu”  evində sürprizə icazə verəcəkmi, yoxsa təcrübə öz sözünü deyəcək?

“Bude Qlimt” – “Mançester Siti” matçında Pep Qvardiolanın “mükəmməl maşını” Norveçin sərt buzlaqları arasında ciddi sınağa çəkiləcək. Süni örtük, dondurucu soyuq və Norveç azarkeşlərinin səs-küylü təzyiqi “şəhərlilər” üçün texnikadan daha çox, xarakter və fiziki dözümlülük imtahanı olacaq. “Bude Qlimt” evində Avropa nəhənglərini “yıxmaq” ənənəsini davam etdirə biləcəkmi? Norveçdə gecənin ən gözlənilməz nəticəsinin qeydə alınacağı istisna olunmur.

“Tottenhem” – “Borussiya ” qarşılaşması, kağız üzərində günün ən “şıltaq” və proqnozlaşdırılması ən çətin oyunudur. Hər iki komanda romantik hücum futbolunu sevir, hər ikisinin müdafiəsində “saatlı bomba” var və hər ikisi gözlənilməz nəticələrə imza ata bilir.

19:30 Kayrat – Brügge

21:45 Bude Qlimt – Mançester Siti CBC Sport

00:00 İnter – Arsenal CBC Sport

00:00 Real Madrid – Monako CBC Sport

00:00 Tottenhem – Borussiya D

00:00 Sportinq – PSJ

00:00 Vilyarreal – Ayaks

00:00 Kopenhagen – Napoli00:00 Olimpiakos – Bayer

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21