Həftənin ən mühüm futbol şaiyələri: Lionel Messinin dünya çempionatından niyə kənarda qala bilər, “Barselona”dakı ” siçovulu” necə ifşa olundu və Zinəddin Zidanın gələcəyi ilə bağlı verdiyi qəti qərar.
Messi Dünya Çempionatından kənarda qala bilər?
Argentinada vəziyyət gərgindir – yerli Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya mənimsəmə və vergidən yayınmaqda ittiham olunur. Təbii ki, jurnalistlər bu hadisəni dərhal qlobal miqyaslı bir qalmaqala çeviriblər. Hətta “albiselesta”nın DÇ-2026-dan kənarlaşdırılma ehtimalı belə müzakirə olunur.
Nəzəri cəhətdən, yerli hökumətinin futbol assosiasiyasının işinə müdaxiləsi sübut olunarsa, FIFA belə bir sərt addım ata bilər. Hazırda FIFA vəziyyəti nəzarətdə saxlayır. Lakin son dünya çempionunun və Lionel Messinin turnirdən kənarlaşdırılması bir az inandırıcı görünmür.
“Real” Xabi Alonso ilə bağlı qərarını təxirə saldı
“Real” son iki matçda qələbə qazandıqdan sonra baş məşqçi Xabi Alonsonun istefası ilə bağlı şayiələr bir qədər səngiyib. Məlumata görə, Alonsonun taleyi komandanın İspaniya Superkubokundakı nəticəsindən asılı olacaq. “Kral Klubu” rəhbərliyi və azarkeşləri bu kuboku qazanmaqla sevindirməlidir.
Əgər Xabi bu tapşırığın öhdəsindən gələ bilməsə, komanda ilə vidalaşacaq. Belə olan halda, 2025/2026 mövsümünü “Real”ın sükanı arxasında hazırda idman direktoru vəzifəsində çalışan Santyaqo Solari tamamlaya bilər. Yeri gəlmişkən, yanvarın 8-də Superkubokun yarımfinalında “Real”ı “Atletiko” ilə gərgin derbi gözləyir.
“Barselona”da ” siçovul ” tapıldı
“Barselona”da daxili məlumatları jurnalistlərə sızdıran şəxs nəhayət ifşa olunub. Baş məşqçi Hans-Diter Flik “siçovulu” tapmaq üçün hiyləyə əl atıb: o, şübhəli şəxsə qapıda Ter Ştegenin deyil, Şesnının dayanacağı barədə yalan məlumat verib. Bu “insayd” mətbuatda görünən kimi, məlumatı sızdıran şəxs bəlli olub. Hələlik bu şəxsin futbolçu, yoxsa texniki heyətdən kimsə olduğu dəqiq açıqlanmır.
Bundan əlavə, “Barselona” Fliklə müqaviləni 2028-ci ilə qədər uzatmaq istəyir. Danışıqlar başlasa da, alman mütəxəssis tələsmir; o, mövsümün sonunu və klubdakı prezident seçkilərinin nəticəsini gözləmək niyyətindədir.
Qvardiola öz xələfini bəyəndi
“Mançester Siti”də Xosep Qvardiolanın 10 illik fəaliyyətdən sonra, 2025/2026 mövsümünün sonunda gedəcəyi barədə inam artır. Klub artıq onun əvəzləyicisini müəyyənləşdirib. Əsas namizəd hazırda “Çelsi”ni çalışdıran Enzo Mareskadır. Mareska əvvəllər “şəhərlər”in həm gənclər komandasında, həm də Qvardiolanın köməkçisi kimi çalışıb. Deyilənə görə, Qvardiola özü də Mareskanın namizədliyini bəyənir.
Zidanın seçimi: Yalnız Fransa millisiZinəddin Zidan gələcəyi ilə bağlı qəti qərarını verib. Onun planı DÇ-2026-dan sonra Didye Deşamı əvəz edərək Fransa millisinin başına keçməkdir. Hətta “Real Madrid”dən gələcək cazibədar təklif belə onu fikrindən döndərə bilməz. Şayiələrə görə, o, müvəqqəti olaraq belə “Real”da işləmək istəmir və yayda milli komandada yeni mərhələyə başlamağı gözləyir.