Bu gün Azərbaycan Gimnastika Federasiyasının (AGF) 16-cı hesabat-seçki yığıncağı keçirilib. Rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov qurumun 2021-2025-ci illəri əhatə edən fəaliyyəti, təşkil olunmuş yarışlar və əldə olunmuş nailiyyətlər barədə videohesabatla çıxış edib.
Daha sonra İcraiyyə Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti beş il müddətinə yenidən AGF-nin prezidenti (İcraiyyə Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcraiyyə Komitəsi sədrinin müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bakarova isə növbəti beş il üçün komitənin üzvləri təsdiq ediliblər.