Millimizlə oyunda fərqlənən Kilian Mbappe Fútbol en Movistar Plus+ nəşrinə müsahibəsində futbol dünyasının ulduzları Lionel Messi və Kriştiano Ronaldo ilə bağlı fikirlərini bölüşüb. Argentinalı forvardla eyni komandada oynadığına görə özünü xoşbəxt saydığını, Ronaldonun isə onun kumiri olduğunu deyib. PSJ-nin sabiq hücumçusu bunları söyləyib: “Messi ilə eyni komandada oynamaq mənim üçün böyük bir uğur və şans idi. Bu səbəbdən özümü xoşbəxt sayıram. Düzdü bunun mümkün olacağını düşünmürdüm. Çünki, arzum “Barselona” yox, “Real”da oynamaq idi”. Mbappe daha sonra Ronaldo haqqında söz açıb: “O mənim kumirim idi və olaraq qalır. Onunla danışa bildiyim üçün xoşbəxtəm. Daim məsləhətləri ilə mənə kömək edir. Mənim üçün Kristiano bir nömrədir və “Real”ın əsl simvoludur. İnsanlar daim onu xatırlayır və ona heyran olduqlarını gizlətmirlər”.