“Latsio”dan “Fənərbaxça”ya 28 milyon avro qarşılığında transfer olunan Matteo Qenduzi, futbol karyerasına başlamazdan əvvəl karate ilə də məşğul olub. Məlum olub ki, fransız oyunçu gənclər kateqoriyasında Fransa çempionatında üçüncü yeri tutub.
Super Kubokda möhtəşəm başlanğıc İtaliyadan gəldikdən sonra Qenduzi “Fənərbaxça” ilə cəmi bir məşq keçirməsinə baxmayaraq, Super Kubokda “Qalatasaray”a qarşı matça start heyətində başlayıb. “Sarı-lacivərdlilər”in 2-0 hesabı ilə qalib gəldiyi görüşdə ilk qolu vuran fransız futbolçu matçın ən yaxşı oyunçusu seçilib.
Atasının izi ilə: Karate və Futbol “Fanatik”in məlumatına görə, Qenduzi 6 yaşında PSJ-nin akademiyasında futbola başlayarkən, eyni zamanda karate ilə də məşğul olub. Atası Məhəmməd Qenduzinin karate məşqçisi olması səbəbindən bu idman növünü seçən oyunçu, gənclər arasında Fransa üçüncüsü olduqdan sonra seçimini futboldan yana edib.
“Döyüşçü ruhu” Qenduzi hələ 2018-19 mövsümündə “Arsenal”a keçərkən verdiyi müsahibədə karate keçmişindən bəhs etmişdi. O, bu idman növünün ona qazandırdığı üstünlükləri belə izah edib: “Karate ilə məşğul olduğum dövrdən çox gözəl xatirələrim var. Meydanda daha elastik olduğumu deyə bilərəm, bu mənə böyük üstünlük qazandırır. Karate çox intensiv idmandır, buna görə də mən bu qədər güc sərf edə bilirəm. Mən döyüşçü ruhuna sahibəm”.