Maqayirin sürət problemi, Lammensin kobud səhvi və Kerrikin əsassız nikbinliyi

08.09.26 | 00:35
Ölkə futbolu

“Sabah»ın Çempionlar Liqasının əsas mərhələsindəki ilk rəqibi olan «Mançester Yunayted» Premyer Liqanın ilk üç turunda qələbə qazanmaq fürsətini yenə əldən verib. «Everton»la səfərdə 2:2 hesablı heç-heçə edən «qırmızı şeytanlar» azarkeşlərini növbəti dəfə məyus ediblər. Benjamin Şeşkonun 88-ci dəqiqədə vurduğu qolla qələbəyə çox yaxın olan mançesterlilər, matçın əlavə olunmuş dəqiqələrində Eynsli Meytlend-Naylsın uzaq məsafədən vurduğu möhtəşəm qolla qələbəni əldən veriblər.

Favorit kimi başladıqları ilk üç oyundan cəmi dörd xal toplayan «qırmızı şeytanlar»da baş məşqçi Maykl Kerrikin mövqeyi və komandanın ümumi vəziyyəti yenidən sərt tənqid hədəfinə çevrilib. «SunSport» nəşrinin jurnalisti Samuel Lakherst «Hill Dickinson» stadionundakı qarşılaşmadan sonra üç əsas məqamı diqqətə çatdırıb.

Matçdan sonra Maykel Kerrikin mövsümə yaxşı başladıqlarını iddia etməsi azarkeşlərin səbrini daşırıb. Belə açıqlamalar tərəfdarları qıcıqlandırır və onun keçmişdə Ole Qunnar Sulşerin sərgilədiyi “yumşaq” və güzəştli mövqeyi xatırladır. Baş məşqçi daha tələbkar olmalı və problemlərin üstünü ört-basdır etməməlidir.

İlk üç turda qapısından 6 qol buraxan “Yunayted”in arxa xətti acınacaqlı durumdadır. Karlos Balebenin transferinin gecikməsi komandanı müdafiənin önündə dayaq yarımmüdafiəçisindən məhrum edib. 33 yaşlı Harri Maqayir yaşlaşdıqca sürətini itirir, Lisandro Martines də sürəti ilə seçilmir. Nəticədə komanda rəqiblərin hücumları qarşısında həddindən artıq açıq və həssas görünür. “Everton” matçda “qırmızı şeytanlar”dan iki dəfə çox qapıya zərbə endirib və daha dəqiq olsaydılar, qələbəni bayram edən tərəf olardılar.

Qapıçı Senne Lammens “Mançester Yunayted”dəki karyerasının ən zəif oyunlarından birini keçirib. İlk hissədə sadə ötürmə zamanı topu tutmaq əvəzinə yumruqla uzaqlaşdırmağa çalışan qolkiper Tayrik Corcun qoluna səbəb olub. Arxa xəttin bu cür bərbad vəziyyətdə olması azarkeşləri narahat edir, üstəlik Kerrikin gələcəkdə bu problemin həll olunacağına zəmanət verməməsi təşvişi daha da artırır.

Klub bu problemləri həll etməyə çalışsa da, komandanın qarşıda onu gözləyən ağır matçlar fonunda ümumi ab-havası heç də ümidverici görünmür.

Bir sözlə, “Mançester Yunayted” hazırda ideal vəziyyətdə deyil. “Sabah” üçün isə qarşıdakı görüş sadəcə Avropanın ən titullu klublarından biri ilə tarixi qarşılaşma deyil, həm də rəqibin mövcud problemlərindən yararlanaraq sensasiyaya imza atmaq üçün böyük fürsətdir. “Qırmızı şeytanlar”ın müdafiəsindəki çatlar Azərbaycan çempionunun hücum xətti üçün ciddi sınaq meydanına çevriləcək.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19