“Napoli”nin yarımmüdafiəçisi Skott Maktomineyin Danimarka ilə oyunda vurduğu qol təkcə vətəni Şotlandiyada deyil, həm də futbol dünyasında uzun müddət müzakirə olunacaq. Şotland akrobatik tullanış edərək başı üzərindən vurduğu zərbə ilə topu tora göndərdi. O, bununla yalnız möhtəşəm qolun deyil, həm də yeni rekordun müəllifi oldu. İş ondadır ki, Skottun topa ayağı inanılmaz dərəcədə hündürlükdə – 253 santimetrdə toxunub. Bu isə əvvəlki rekordun sahibi Kriştiano Ronaldonun sıçrayışından 15 santimetr yüksəkdir. 2018-ci ilin aprelində portuqaliyalı başla qolu vurmaq üçün 238 santimetr hündürlüyə tullanmışdır. Yeri gəlmişkən, şotlandlar XXI əsrdə ilk dəfə mundial iştrakşıları arasında olacaq.