Şahmat tarixi boyu ən çox mükafat qazanan qrossmeysterlərin siyahısı hazırlanıb. Reytinq nüfuzlu Chess.com portalı tərəfindən dərc olunub. Siyahıya keçmiş dünya çempionu Maqnus Karlsen başçılıq edir. Norveçli qrossmeyster bu günə qədər ümumilikdə 12 milyon 232 min 249 dollar qazanıb. Reytinqdə Azərbaycanın iki təmsilçisi — Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da yer alıb. Şəhriyar Məmmədyarov: Karyerası ərzində 1 milyon 781 min 988 dollar mükafat qazanaraq siyahıda 21-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov: Ümumi 1 milyon 117 min 290 dollar gəlirlə 28-ci yerdədir.
Qeyd edək ki, bu reytinq göstəriciləri 31 dekabr 2025-ci il tarixinə olan vəziyyəti əks etdirir.