Məmmədəli Məmmədov: “Neftçi”ni keçəndə bildik ki, kubok bizimdir”

07.05.26 | 17:35
Ölkə futbolu

1992-ci ildə Azərbaycan kubokunu başı üzərinə qaldıraraq tarix yazan Sabirabadın “İnşaatçı” komandasının uğuru hələ də yaddaşlardadır. O dövrdə komandanın sükanı arxasında olan mütəxəssis Məmmədəli Məmmədov Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə müsahibəsində həmin şanlı yolun pərdəarxası məqamlarını bölüşüb.

Məmmədəli Məmmədovun sözlərinə görə, 1992-ci il sabirabadlılar üçün sadəcə bir futbol mövsümü deyil, əsl qəhrəmanlıq salnaməsi olub. Təcrübəli mütəxəssis uğurun sirrini fərdi ustalıqdan çox, kollektiv ruhda gördüyünü vurğulayıb: “92-ci il bizim üçün sözün əsl mənasında tarixi il oldu. Heyətimizdə ulduz futbolçular yox idi, lakin meydanda can qoyan, əzmkar bir komandamız var idi. Biz o kuboku qazanmağa layiq olduğumuzu hər matçda sübut edirdik”.

Mütəxəssis o dövrün çətin şərtlərinə rəğmən, klub rəhbərliyinin komandaya göstərdiyi böyük dəstəyi də xatırlayıb. Komandanın sponsoru olan evtikmə kombinatının rəhbəri finaldan iki gün əvvəl futbolçularla görüşərək onlara xüsusi motivasiya verib. Belə ki, kubok qazanılacağı təqdirdə bir nəfərə ikiotaqlı mənzil, digər üzvlərə isə yüksək məbləğdə pul mükafatı vəd olunub. Bundan əlavə, komanda hər keçilən mərhələ üçün rəhbərlik tərəfindən mükafatlandırılıb.

“İnşaatçı”nın kuboka gedən yolu heç də hamar olmayıb. M. Məmmədov 1/4 finaldakı “Neftçi” qələbəsini turnirin dönüş nöqtəsi adlandırıb: “Futbolçularıma demişdim ki, əgər “Neftç” səddini keçə bilsək, kubok bizimdir. Paytaxt təmsilçisini 2:1 hesabı ilə məğlub etdikdən sonra inamımız artdı. Yarımfinalda isə o dövrün ən güclü klublarından olan Sumqayıt “Xəzər”i ilə qarşılaşdıq. Penaltilər seriyasındakı dramatik qələbə bizi finala apardı”.

Finalda Mingəçevirin “Kür” komandası üzərində qələbə qazanan Sabirabad təmsilçisi, adını Azərbaycan futbolunun qızıl hərflərlə yazılan ilk səhifəsinə həkk edib.

Ölkədəki ağır müharibə şəraitinə baxmayaraq, futbolun birləşdirici gücündən danışan Məmmədov Tovuz səfərini xüsusi qeyd edib: “Bizi Tovuzda gül-çiçəklə, təntənəli şəkildə qarşılamışdılar. Bu, unudulmaz hisslər idi. Heyf ki, bəzi oyunçularımızı sonradan itirdik. İndi hər il kubok finalı ərəfəsində “İnşaatçı”’nın adı çəkiləndə qəlbim sızlayır. O komanda fiziki olaraq mövcud olmasa da, tariximizdə və qəlbimizdə daim yaşayacaq”.

Bu il ölkə kubokunun finalında “Sabah” və “Zirə” komandaları üz-üzə gələcək. Tarixi qarşılaşma mayın 13-də, saat 20:00-da “Palms Sports Arena”da baş tutacaq. 34 il əvvəl “İnşaatçı” ilə başlayan zəngin tarixin növbəti dayanacağı bəllidir. İndi bütün diqqətlər mayın 13-nə yönəlib: görəsən, bu möhtəşəm zəfər estafetini bu dəfə kim uğurla tamamlayacaq?

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19