Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük Millətlər Liqasının yeni mövsümünün püşkatma nəticələrini şərh edib. Lixtenşteyn Futbol İttifaqının rəsmi saytına açıqlama verən almaniyalı mütəxəssis, D2 qrupundakı rəqibləri — Azərbaycan və Litva barədə fikirlərini bölüşüb: “Azərbaycan və Litva C divizionundan düşən komandalardır. Şübhəsiz ki, onlar mümkün qədər tez geri qayıtmaq istəyəcəklər. Buna görə də bizi çox motivasiyalı rəqiblərlə çətin oyunlar gözləyir. Biz bu çağırışı qəbul edirik və maraqlı qarşılaşmaları səbirsizliklə gözləyirik”.