Liderlərin derbisi qollu heç-heçə ilə bitdi

01.03.26 | 19:07
Ölkə futbolu

Tarix təkrarlandı: “Qarabağ” və “Sabah” duelində növbəti 3:3-lük bərabərlik

Premyer Liqanın 22-ci turu çərçivəsində baş tutan “Qarabağ” – “Sabah” (3:3) qarşılaşması ölkə çempionatlarının tarixinə düşüb. Bu oyunla birlikdə, çempionat tarixində 18-ci dəfə 6 və ya daha çox qolun vurulduğu heç-heçə qeydə alınıb.

Statistik göstəricilər və rekordlar

1992-ci ildən bəri keçirilən müstəqil ölkə çempionatlarında yüksək məhsuldarlıqlı heç-heçələrin mənzərəsi belədir:

6:6 hesabı: 1 dəfə

4:4 hesabı: 1 dəfə

3:3 hesabı: 16 dəfə

Eyni rəqiblər, eyni hesab, eyni tarix

Bu qarşılaşmanı xüsusi edən əsas məqam isə ilk dəfə eyni cütlüyün iştirak etdiyi oyunda yenidən belə məhsuldar heç-heçənin qeydə alınmasıdır. Maraqlıdır ki, “Köhlən atlar” ilə “Bayquşlar” arasındakı dueldə 3:3 hesabı ötən mövsüm də təkrarlanmışdı. 2024-cü il fevralın 11-də, yenə Tofiq Bəhramov adına Respublika Stadionunda və məhz 22-ci turda tərəflər 3:3 hesablı bərabərliyə imza atmışdılar.

Bu nəticə həm də klubların şəxsi statistikasında yeni rəqəmlərlə yadda qalıb: “Sabah” Premyer Liqa tarixində 4-cü dəfə yüksək məhsuldarlıqlı heç-heçə edərək bu sahədə “Kəpəz” və “Turan”ın rekorduna şərik olub.Maraqlıdır ki, Ağdam təmsilçisi çempionat tarixində yalnız “Sabah”la oyunlarda 3 və ya daha çox qol vurub-buraxaraq xalları yarı bölüb.

QARABAĞ – SABAH 3:3 (0:1)

Qollar: Xəyal Əliyev, 13 (0:1), Maluda, 54 (0:2), Mikkels, 60 (0:3), Bikalyo, 73 (1:3), Medina, 78 (2:3), Qurbanlı, 84 (3:3)

Baş hakim: Tural Qurbanov.

Qarabağ: Mateuş Koxalski, Elvin Cəfərquliyev (Toral Bayramov, 76), Abdulla Zubir (k) (Emmanuel Addai, 80), Kevin Medina, Marko Yankoviç (Leandro Andrade, 63), Mateus Silva, Coni Montiel, Dani Bolt, Aleksey Kaşuk (Musa Qurbanlı, 62), Pedro Bikalyo, Kamilo Duran.

Sabah: Stas Pokatilov (k), Aleksey İsayev (Abdulla Xaybulayev, 79), Umarali Raxmonaliyev, Xəyal Əliyev (Coy-Lens Mikkels, 46), Velko Simiç, İqor Noqeyra, Akim Zedadka, Timoteuş Puxaç, İvan Lepinitsa, Aaron Maluda (Kahim Parris, 79), Stiv Solve.

Sarı vərəqələr: Medina, 2. Noqeyra, 23. Solve, 31. Əliyev, 90+7. Silva, 90+9. Qurbanlı, 90+9. 

Paylaş:

Xəbər Lenti

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39

İtaliya futbolunun “lənəti”: Balotellinin qolundan sonra kəsilən səda

02.04.26 | 06:32

Özbəkistan və digərləri: DÇ-nin yeni qəhrəmanlarını tanıyaq

02.04.26 | 06:13

Meydanda qələbə, kassada rekord

01.04.26 | 19:14

Meydana qaçmağın bədəli: AFFA “Kəpəz”i bağışlamadı

01.04.26 | 19:00

Millimiz üç pillə irəliləyb

01.04.26 | 18:21