Bü gün futbol üzrə birinci liqada 7-ci turun oyularına start verilb. Hazırda turnir cədvəlinə başçılıq edən “Şəfa” Mingəçevirdən qələbə ilə dönüb – 3:2. “Baku Sportinq” – “Cəbrayıl” görüşü meydan sahiblərinin qələbəsiyilə başa çatıb – 2:0. “Səbail” evdə MOİK-i minimal hesabla məğlub edib – 1:0
Sabah “Şahdağ Qusar” Şamaxıda “Şimal”la, “Difai” Ağsuda “Zaqatala”nı qəbul edəcək. Hər iki oyun saat 14:00-da başlayacaq.
Komandaları xal durumu belədir: Şəfa – 19 xal, Səbail – 17, Mingəçevir – 13, Baku Sportinq – 12, Zaqatala, Şahdağ Qusar – 7, Cəbrail – 6, МОИК– 5, Difai – 4, Şimal – 2.