Konfrans Liqasının 3-cü mərhələsində “Levski” (Bolqarıstan) – “Sabah” oyununu xorvatiyalı hakim Duje Strukan idarə edəcək. 41 yaşlı referi kifayət qədər təcrübəlidir. Belə ki, o, 2017-ci ildən FİFA-nın siyahısındadır. Avropa kubokları və milli komandaların oyunlarında böyük təcrübəyə malikdir.
O, orta hesabla hər oyuna 4.72 sarı vərəqə göstərir. Qırmızı vərəqə göstəricisi çox aşağıdır. Hər 20 oyuna bir qırmızı vərəqə statistikası var. Soyuqqanlı hakimdir, ən gərgin oyunlarda belə təmkinli üslubu ilə tanınır. Futbolçularla ölçülü ünsiyyət qurur. Maraqlıdır ki, Xorvatiyada daha çox vərəqə göstərdiyi halda, beynəlxalq yarışlarda əlini cibinə atmağa o qədər də meylli deyil.
Oyun avqustun 7-də Sofiyada Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.