“Latsio” azarkeşlərindən qalmaqallı boykot: “Olimpiko” boş qala bilər

05.08.26 | 00:59
Dünya futbolu

“Latsio”nun 70 634 azarkeş tutumu olan ev stadionu “Olimpiko” yeni mövsümdə tamamilə boş qala bilər.  İtaliya mətbuatının məlumatına görə, komanda azarkeşlərinin 93 faizdən çoxu mövsümlük abonementlərin müddətini uzatmamaq qərarına gəlib.

Bu addım klubun çoxillik sahibi Klaudio Lotitoya qarşı davam edən etirazların növbəti təzahürüdür. Keçən mövsümün ikinci yarısından etibarən boykota başlayan fanat qrupları, digər azarkeşləri də mövsümlük bilet almamağa, komandanı yalnız səfər oyunlarında dəstəkləməyə çağırırlar.

Ötən mövsüm A Seriyasını 9-cu pillədə başa vuran “Latsio”, 2010-cu ildən bəri ən uğursuz nəticəsini göstərib. 2004-cü ildə klubu müflisləşməkdən xilas edən 69 yaşlı Lotitoya qarşı narazılıqlar illərdir artmaqdadır. 2006-cı ildəki danışılmış oyunlar qalmaqalına görə bir neçə aylıq cəzalandırılan funksioner, son dövrlərdə aparıcı futbolçuları satmaqda və klubun inkişafını tormozlamaqda ittiham olunur.

Ötən il Lotito ilə münaqişə yaşayan baş məşqçi Mauritsio Sarri müqaviləsini pozaraq “Atalanta”ya üz tutdu. Yeni mövsüm ərəfəsində isə “Latsio”nun sükanı arxasına İtaliya millisindən ayrılan Cennaro Qattuzo gətirilib.

Paylaş:

Xəbər Lenti

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19