Gəncənin “Kəpəz” yarımmüdafiəçisi Raul İsaqov Premyer Liqada cari mövsümün ən gənc debütantı olub.
Peşəkar Futbol Liqasının məlumatına görə, gənc futbolçu çempionatın 32-ci turunda “Araz-Naxçıvan”la qarşılaşmanın (0:2) 81-ci dəqiqəsində meydana daxil olaraq elitada ilk oyununa çıxıb. Raul bu oyunla ölkə çempionatının cari mövsümündə meydana çıxan ən gənc oyunçu olub. Gəncəlilərin yetirməsi debüt matçında 16 yaş 162 günlüyündə olub.