Ölkəmizin futzal yığması apreldə gərgin oyun qrafikinə hazırlaşır. Baş məşqçi Evgeni Kukseviç Gürcüstan və Qazaxıstanla keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti müəyyənləşdirib.
Aprelin 5-də “Olimpik Star”da məşqlərə başlayacaq “milli” iki gün sonra səfərə yollanacaq. Xatırladaq ki, komandamızın önündə ciddi rəqiblər var: Tbilisi sınağından dərhal sonra (9, 11 aprel) komandamiz Qazaxıstanla (13, 15 aprel) qarşılaşmaq üçün Aktauya istiqamət götürəcək.