Bugün ölkə kubokunun yarımfinal mərhələsinə start verilir. Günün ilk oyununda “Zirə” “Turan-Tovuz”un qonağı olacaq.
Kağız üzərində şanslar bərabər görünsə də, real mənzərə fərqlidir. Qurban Berdiyevin yetirmələri son turlardakı sabit çıxışı və 21-ci turdakı 2:0 hesablı qələbənin psixoloji üstünlüyü ilə daha inamlı görünür. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan tovuzlular bu mövsüm cəmi 5 dəfə yeniliblər. Lakin kubokun spesifik ab-havası və iki oyunluq sistem çempionatdan fərqli ssenari vəd edir. Avrokuboklara vəsiqə uğrunda barışmaz mübarizə aparan hər iki komanda üçün bugünkü ilk oyunun nəticəsi həlledici olacaq. Bizi sərt və taktiki mübarizə ilə zəngin futbol gözləyir.
Günün mərkəzi qarşılaşmasında Premyer Liqada çempionluq uğurunda mübarizə aparan “Sabah”la “Qarabağ” üz-üzə gələcək. Hazırda çempionatda ağdamlıları 10 xal qabaqlayan Valdas Dambrauskasın yetirmələri avqust ayından bəri məğlubiyyət nə olduğunu bilmir.
“Qarabağ” üçün isə bu matçın əhəmiyyəti ikiqatdır. Çempionluq yarışında geridə qalan Qurban Qurbanovun yetirmələri üçün bu matç mövsümü titulla başa vurmaq adına həlledici əhəmiyyət kəsb edir. İki həftəlik fasilədən sonra “Köhlən atlar”ın uğursuz ssenarini dəyişib-dəyişməyəcəyi Masazırda bəlli olacaq.
“Turan Tovuz“ – “Zirə“
Saat: 17:30
Məkan: Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu
Baş hakim: Əliyar Ağayev
“Qarabağ“ – “Sabah“
Saat: 20:00
Məkan: Bakı, Tofiq Bəhramov adına Respublika StadionuBaş hakim: Rauf Cabarov