Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Dünya Çempionatının seçmə mərhələsinin 2-ci tur oyununda Macarıstan qapısına DÇ seçmə mərhələri üzrə 39-cu qolunu vurub. Beləliklə, 40 yaşlı forvard Dünya Çempionatı seçmə mərhələlərinin tarixində ən çox qol vuran oyunçular siyahısında Karlos Ruiz ilə bərabərləşib. Qeyd edək ki, Qvatemala oyunçusu olan Ruiz 39 qol vurmasına baxmayaraq yığma komandası heç vaxt Dünya çempionatlarında iştirak etməyib.
Oyun zamanı Ronaldo 58-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib və komandası üçün əhəmiyyətli qol vurub.
Xatırladaq ki, Ronaldo Portuqaliya millisində debütünü 18 yaşında, 20 avqust 2003-cü ildə Qazaxıstanla yoldaşlıq matçında (1:0) edib. Millidə ilk qolunu isə Avro-2004 qrup mərhələsində Yunanıstanla oyunda (1:2) vurub.