Uelsin “Nyu Seynts” klubunun baş məşqçisi Kreyq Harrison Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında evdə “Sabah”a məğlub olduqları (1:2, ilk oyun – 0:2) qarşılaşmanı şərh edib.
Mütəxəssis görüşə yaxşı başladıqlarını, ancaq buraxılan ilk qolun həlledici olduğunu bildirib: “İlk 15-20 dəqiqədə üstünlük bizdə idi. Təəssüf ki, oyunun axarına zidd olan o lüzumsuz qol planlarımızı pozdu və komandada ruh düşkünlüyü yaratdı. Hesabda geri düşməsəydik, ikinci hissədə vəziyyəti lehimizə dəyişə bilərdik. ‘Sabah’ sürətli və keyfiyyətli komandadır. Xüsusilə onların kəsərli cinah hücumlarının qarşısını almaqda ciddi çətinlik çəkdik”.