“Bavariya”nın forvardı Harri Keyn “Arsenal”la Çempiolar Liqasının oyunu ərəfəsində Bild-ə müshibəsində “Barselona”ya mümkün keçidi ilə bağlı dolaşan söz-söhbətə aydınlıq gətirib. O, özünü Münhendə rahat hiss etdiyini və heç yerə tələsmədiyini deyib: “Heç kimlə danışmamışam, heç kim də mənimlə əlaqə saxlamayıb. “Bayariya”da özümü çox rahat hiss edirəm. Düzdür, hələlik klubla gələcəyimi müzakirə etməmişik. Həqiqətən Münhendə xoşbəxtəm və bu çıxışlarımda da özünü göstərir. Əgər hər hansı bir əlaqə olsa, onda baxarıq. Ancaq hazırda növbəti mövsüm barədə düşünmürəm. Qarşıdan dünya çempionatı gəlir və bu mövsümdən sonra nəyinsə dəyişməsi ehtimalı azdır”.