Kaxaber Tsxadadze: “Premyer Liqada qalmaq üçün hər şeyi edəcəyik”

12.04.26 | 19:51
Ölkə futbolu

Premyer Liqanın 27-ci turunda doğma meydanda “İmişli”yə minimal hesabla (0:1) məğlub olan “Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze qarşılaşmadan sonra mətbuat konfransında çıxış edib. Təcrübəli mütəxəssis komandasının turnir cədvəlindəki ağır vəziyyəti, transfer siyasəti və azarkeşlərin narahatlığı barədə danışıb.

Məğlubiyyəti “çox acı təəssürat” kimi qiymətləndirən Tsxadadze, rəqibin oyun üslubuna hazırlıqlı olduqlarını bildirsə də, ehtiyatsızlığın qurbanı olduqlarını vurğulayıb: “Hamı bilir ki, “İmişli“ böyük qüvvə ilə müdafiə olunan komandadır. Onlar rəqibin səhvlərini gözləyir və bundan maksimum yararlanmağı bacarırlar. Təəssüf ki, standart vəziyyət zamanı diqqətsizlik etdik və qapımızda qol gördük. Oyunboyu topa nəzarət bizdə idi, rəqib cərimə meydançasına daxil olurduq, lakin hücumların son nöqtəsini qoya bilmədik”.

Baş məşqçi komandanın hazırkı heyət komplektləşdirilməsi ilə bağlı tənqidlərə də aydınlıq gətirib. O, I liqada çempion olan heyətin 95%-ni qoruyub saxlamağın bir tərəfdən mənəvi borc, digər tərəfdən isə riskli addım olduğunu etiraf edib: “Birinci Liqanı 17 xal fərqlə çempion bitirdikdən sonra həmin heyəti tamamilə dağıdıb yerinə legionerlər gətirmək nə dərəcədə doğru olardı? Biz bizə çempionluq yaşadan futbolçulara şans verməyi üstün tutduq. İndi kimsə “İmişli“nin bizdən üstün oynadığını desə, razılaşmaram. Onlar oyun ərzində cəmi 2-3 dəfə cərimə meydançamıza daxil oldular. Sadəcə, bəxt amili də bizdən üz döndərib”.

“Qəbələ”nin bir neçə il əvvəl Avropa Liqasının qrup mərhələsində çıxış etdiyini xatırladan gürcü mütəxəssis, hazırkı reallığın fərqli olduğunu qeyd edib: “Azarkeşlərin nə hisslər keçirdiyini çox yaxşı başa düşürük. ‘Qəbələ’ kimi klubun bu durumda olması hamını narahat edir. Çempionatın sonuna 6 tur qalıb. Premyer Liqada qalmaq üçün var gücümüzlə vuruşacağıq. 20-30 ildir məşqçiliklə məşğulamm. Əgər bir işin altına girmisənsə, onu sonadək çatdırmalısan”.

Paylaş:

Xəbər Lenti

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09

Zidanın həyatı filmə çəkilir

26.11.26 | 17:52

Dambrauskasa Litvanın dövlət mükafatı ilə təltif edildi

26.11.26 | 17:15