Azərbaycan karateçisi Mədinə Sadıqova Dünya Karate Federasiyasının (WKF) Tbilisidə təşkil etdiyi beynəlxalq turnirdə gümüş medal qazanıb. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilı 5 gğrüşdə rəqiblərinə şans verməyib. Həlledici qarşılaşmad iranlı karateçiyə kiçik fərqlə məğlub olan idmançımız ikinci yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, turnirdə dünyanın 70-dən çox ölkəsindən 1200-ə yaxın karateçi iştirak edir. Bu mötəbər yarışda ölkəmiz 21 idmançı ilə təmsil olunur.