Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29
Ölkə futbolu

Premyer Liqanın 26-cı tur yalnız bol qollu qələbə ilə deyil, həm də bir sıra maraqlı statistiklarla yadda qaldı. “Qarabağ”ın doğma meydanda “Karvan-Yevlax”ı 7:0 hesabı ilə darmadağın etdiyi qarşılaşmanın baş qəhrəmanı kolumbiyalı hücumçu Kamilo Duran oldu.

Duran bu məhsuldarlığı cari mövsümdə qeydə alınan 3-cü het-trik oldu. Cari çempionatda buna qədər cəmi iki futbolçu bir matçda üç qol vurmağı bacarmışdı: əvvəlcə “Qarabağ”ın müdafiəçisi Toral Bayramov V turda “Araz-Naxçıvan”la görüşdə (5:0), daha sonra isə “Qəbələ”nin legioneri Domi Massumo XVII turda “İmişli” ilə matçda (3:2) bu uğuru təkrarlamışdı.

Duranın bu uğuru onu Azərbaycan çempionatları tarixində het-trik edən 35-ci legioner etdi. Lakin bu nailiyyəti fərqləndirən əsas məqam başqadır: kolumbiyalı hücumçu ölkə çempionatımızda bir oyunda üç qol vuran ilk Kolumbiya təmsilçisi oldu.

Bu, həm də Amerika qitəsindən olan futbolçuların çempionat tariximizdəki 10-cu het-triki (milliləşdirilmiş Leandro Qomeş daxil olmaqla) kimi qeydə alınıb. Qitə təmsilçiləri arasında liderlik hələ də braziliyalılardadır. Belə ki, Junivan Suares və Reynaldo Silva hərəyə 2, Andre Sinyaşiki, Xuan Manuel Varea, Valter Quqlemon, Nelson Bonilya və Leandro Qomeş isə hərəyə bir dəfə belə məhsuldarlıqla yadda qalıblar.

“Qarabağ”ın “Karvan-Yevlax” üzərindəki 7 cavabsız qollu qələbəsi Azərbaycan çempionatının son illərdəki ən səs-küylü nəticələrindən biri kimi tarixə düşdü. Bu qalibiyyət nəinki cari mövsümün, həm də son 4 çempionatın ən böyükfərqli qələbəsi hesab olunur.

Statistikaya nəzər salsaq, bundan daha böyük hesablı nəticə ən son 1452 gün əvvəl – 15 aprel 2022-ci ildə qeydə alınmışdı. Maraqlıdır ki, həmin rekordun müəllifi də məhz “Qarabağ” olmuşdu; o zaman Ağdam təmsilçisi “Şamaxı” qapısından 8 cavabsız top keçirmişdi.Azərbaycan çempionatları tarixində bir komandanın rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub etməsi ümumilikdə 47-ci dəfə reallaşıb.

Paylaş:

Xəbər Lenti

Romariodan “xəyanət qolu”

09.04.26 | 07:43

Şərqi Avropa intizamı Niderland hücumuna qarşı: Arda Turanın çətin imtahanı

09.04.26 | 07:00

İngilislər çətin səfərlərdə, İspaniya təmsilçisi Almaniya sınağında

09.04.26 | 07:36

Mudrikdən gözlənilməz addım: Ukrayna Futbol Federasiyası məhkəməyə verildi

09.04.26 | 07:21

Tamblinqçilərimiz Avropa çempionatında finala adladılar

08.04.26 | 23:01

“Sabah”dan Çempionlar Liqasında tarixi qələbə

08.04.26 | 23:27

“Braqa” və “Betis”dən sülh: Yarımfinalın taleyi Sevilyada həll olunacaq

08.04.26 | 23:33

ÇL: “Atletiko”dan “Kamp Nou”da qələbə

08.04.26 | 23:09

İspanların  Almaniya təhlükəsi hələ sovuşmayıb

08.04.26 | 18:32

“Bernabeu”da Noyer şousu: Tarixi rekord və Messiyə çatan alman qolkiper

08.04.26 | 17:26

“Araz-Naxçıvan”ın forvardı yubileyini qeyd etdi

08.04.26 | 15:29

“Liverpul” Paris cəhənnəmində, “Barselona” “Atletiko” səddinə qarşı

08.04.26 | 14:20

Luçeskudan son etiraf: Ölüm yatağında Türkiyə matçının həyəcanını yaşayıb

08.04.26 | 13:18

UEFA Avropa Liqası: 1/4 final mərhələsi start götürür

08.04.26 | 13:46

Kamilo Duran tarixə düşdü

08.04.26 | 12:29

Avropa çempionatında “Azərbaycan derbisi”

08.04.26 | 12:09

“Sabah”dan səfər yubileyi: 120-ci oyunda 50-ci qələbə

08.04.26 | 12:14

Dünya futboluna ağır itki: Mirça Luçesku vəfat etdi

08.04.26 | 06:19

ÇL: “Bavariya” və “Arsenal”ın səfər qələbəsi

07.04.26 | 23:31

Vadar Nuriyev: “Hakimin qərarları oyunumuza birbaşa təsir etdi”

07.04.26 | 23:43