FİFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinatını alıb.
Azərbaycanlı hakim UEFA Gənclər Liqasının II turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) matçını idarə edəcək.
Romada baş tutacaq qarşılaşmada Kamal Umudluya həmyerliləri Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Görüş sabah, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.