Kaladzedən sensasiyalı etiraf

11.02.26 | 15:30
Dünya futbolu

Tbilisinin meri və “Milan”ın əfsanəvi müdafiəçisi Kaxa Kaladze La Gazzetta dello Sport-a müsahibəsində 2008-ci ilin avqust hadisələri ilə bağlı gizli qalan məqamlara toxunub. O, mərhum siyasətçi Silvio Berluskoninin Gürcüstanda sülhün bərqərar olmasındakı rolunu açıqlayıb.

Kaladze bildirib ki, müharibənin ən gərgin vaxtında Berluskonidən kömək istəyib: “2008-ci ildə ölkədə vəziyyət çox ağır idi. Mən Berluskoninin yanına getdim və ondan Rusiya prezidenti ilə olan yaxın münasibətlərindən istifadə edərək prosesə müdaxilə etməsini xahiş etdim. O, mənim gözlərim qarşısında Putinə zəng vurdu. Çox keçmədi ki, tərəflər arasında sülh sazişi imzalandı”.

Keçmiş futbolçu Berluskonini həm də böyük şəxsiyyət kimi xarakterizə edib. Kaladzenin sözlərinə görə, onun siyasətə gəlməsində və bir lider kimi formalaşmasında “Milan”ın sabiq prezidentinin böyük təsiri olub. O, Berluskonini təkcə bacarıqlı sahibkar və dövlət adamı deyil, həm də xeyirxah bir insan kimi xatırladığını vurğulayıb.

Paylaş:

Xəbər Lenti

Ehtiram Quliyev: “Hakimlər bir illik zəhmətimizi xətt çəkdi”

03.04.26 | 22:37

Ölkə Kuboku: “Qarabağ” “Sabah”la yenə heç-heçə

03.04.26 | 22:20

Türkiyənin Baş konsulu gəncəlilərə söz verdi

03.04.26 | 18:23

Kukseviçdən aprel hazırlığı: Bakı – Tbilisi – Aktau

03.04.26 | 18:39

Ölkə Kuboku: “Zirə” finalın bir addımlığında

03.04.26 | 18:29

Xames Rodriges xəstəxanaya yerləşdirilib

03.04.26 | 14:46

Mundialın final matçına biletlərin qiyməti “kosmik” həddə çatdı

03.04.26 | 14:13

“Barselona” – “Real”: 92:12

03.04.26 | 14:24

Mbappedən şok etiraf: “Mən meymun deyiləm!”

03.04.26 | 14:58

AFFA rəhbərindən sərt tələb: “Stadionu olmayan klub Premyer Liqada oynamasın!”

03.04.26 | 14:48

Əvəzedicilər liqasında təqvim dəyişikliyi: Çempionata fasilə verilir

03.04.26 | 12:01

AFFA-nın hesabatı: UEFA ödənişləri və daxili investisiyaların bölgüsü

03.04.26 | 12:12

Milyonların hesabatı: AFFA 2025-ci ildə hara və nə qədər vəsait xərcləyib?

03.04.26 | 12:11

TV PROQRAM

03.04.26 | 06:48

İtaliya futbolunda böhran: Buffon da istefa verdi

03.04.26 | 06:50

Kubokda yarımfinal həyəcanı start götürür!

03.04.26 | 06:19

Yarımfinalın ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib

02.04.26 | 14:35

Gənclərmiz üçün Avropa qapıları açılır?

02.04.26 | 14:46

Şafranko və Noqeyra “Qarabağ”la oyunu buraxacaq

02.04.26 | 12:19

Yamal irqçiliyə səssiz qalmadı: “Mən müsəlmanam, əlhəmdülillah!”

02.04.26 | 06:39