Gəncədə “Kəpəz” klubunun futbolçusu Veysəl Rzayevi bıçaqlamaqda şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov tutularaq istintaqa təhvil verilib